Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub.
Azərbaycan Prezidentinin saytında dərc olunmuş məlumata görə, görüş noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı çərçivəsində baş tutub.
“Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin məmnunluq doğurduğu qeyd edilib. İqtisadi-ticari münasibətlərin genişləndirilməsi, nəqliyyat imkanlarının nəzərdən keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov