Prezident İlham Əliyev Rusiyanın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında mühüm rol oynadığını bildirib.
“Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında çox mühüm rol oynayır. Görüşün (Soçidə - İF) yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş (26 noyabr – İF) də çox böyük əhəmiyyət kəsb edir”, - deyə dövlət başçısı “Rossiya-1” telekanalında efirə gedən “Kreml. Putin. Moskva” verilişi üçün müsahibəsində bildirib.
Xatırladaq ki, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli görüş keçirilib.*
A.Əzizov