Azərbaycanda koronavirus infeksiyasına 857 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 586 min 640-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 992 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər (ötən gün 18 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 833 nəfərə çatıb.
Virusa yoluxmuş 552 min 815 nəfər (sutka ərzində +1 min 91) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 25 min 992 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 594 (ötən gün 11 min 369 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 526 min 664 test aparılıb.*
E.Şəfiyev