2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana $744 milyon 379,31 min dəyərində (artım 45,6%) 72,902 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 70,2% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $630 milyon 204,07 min dəyərində (artım 42,5%) 68,024 min ədəd avtomobil (artım 70,7%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $2 milyon 510,67 min dəyərində 106 ədəd elektrokar və $61 milyon 59,99 min dəyərində 10,333 min ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $72 milyon 801,99 min dəyərində 4,571 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 69%), o cümlədən $13 milyon 576,85 min dəyərində 121 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 7%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $27 milyon 796,4 min dəyərində 186 ədəd motorlu nəqliyyat vasitəsi (artım 19,2%) gətirilib.
2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
B.Rüstəmbəyov