30.11.2021 11:08

“EKSPRESS-C” 4 milyon manatlıq istiqrazların emissiyasını planlaşdırır

“EKSPRESS-C” ASC 4 milyon manat məbləğində istiqrazların emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Mərkəzi Bankından məlumat verilir.

Emissiya prospektinə əsasən, nominalı bir qiymətli kağız üçün 1 min manat olan 4 min istiqraza bölünür. İstiqrazlar 24 ay müddıti emissiya olunur, gərlilrlik – illlik 12,5%-dir (faizlər rübdə bir dəfə ödənilir).

Emissiya 3 tranş ilə həyata keçirilib: ilk trans 2 milyon manat, ikinci və üçüncü – hər biri 1 milyon manat təşkil edəcək.

“EKSPRESS-C” istiqrazların yerləşdirilməsində cəlb olunan vəsaiti metallurgiya ənayesi məhsullarının istehsal həcminin artırılması, həmçinin ixracın artımı və daxili tələbin ödənilməsinə yönəltməyi planlaşdırır. Şirkət armatur və metal məmulatların istehsalı ilə məşğul olur.

“EKSPRESS-C”-nin nizamnamə kapitalı 8 milyon 354,9 min manata bərabərdir. Şirkət Bakıda fəaliyyət göstərir. Cəmiyyətin səhmdarları iki fiziki şəxsdir, əsas səhmdar Camaləddin İsmayılovdur (kapitaldakı payı 96,22%-ə bərabərdir). 2020-ci ili sonuna şirkətin aktivləri 1 milyon 145,693 min manata bərabərdir. **

R.Əhmədov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.