Dekabrın 7-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın «Bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması barədə» Ermənistana qarşı iddiası üzrə qərar qəbul edəcək.
Məhkəmənin saytında deyilir ki, qərar məhkəmənin sədri, hakim Coan E.Donahyu tərəfindən açıqlanacaq.
Qeyd olunur ki, o cümlədən həmin gün Ermənistanın Azərbaycana qarşı analoji iddiası üzrə qərar qəbul olunacaq.
“COVİD-19” pandemiyası səbəbindən zalda yalnız Məhkəmənin üzvləri və iş üzrə işttirakçı dövlətlərin nümayəndələri olacaq. Diplomatik korpusun, KİV nümayəndələri, həmçinin ictimaiyyət onlayn rejimində iclası izləyə biləcəklər”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2021-ci il sentyabrın sonunda Azərbaycan "Bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması barədə" Beynəlxalq konvensiyanın pozulmasına görə BMT-nin Beynəlxalq Ədalət məhkəməsində Ermənistana qarşı iddia qaldırıb. Azərbaycan tərəfi bildirir ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir.
Azərbaycan məhkəmə sənədlərində bildirir ki, 2020-ci ilin payızında Ermənistan növbəti dəfə Azərbacana hücum edib. Ermənistan həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirir və nifrəti qızışdırır, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələrdən istifadə və irqçi təbliğat hökumət səviyyəsində aparılır.
Rəsmi Bakı qeyd edir ki, Ermənistanın etnik təmizləmə, mədəniyyəti silmə və azərbaycanlılara qarşı nifrətin qızışdırılması siyasəti və apardığı digər işlər Beynəlxalq Konvensiyaya zidd olaraq sistematik olaraq azərbaycanlıların hüquq və azadlıqlarını, eləcə də Azərbaycanın öz hüquqlarını pozur.
Azərbaycan tərəfinin qiymətləndirmələrinə görə, Ermənistan Beynəlxalq Konvensiyanın pozulmasına görə məsuliyyət daşıyır və Azərbaycana və xalqa dəymiş ziyanı ödəməlidir.
Cari il 18-19 oktyabr tarixlərində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası üzrə Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilib.
14-15 oktyabr tarixlərində Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı analoji iddiasına baxılıb. **
E.Şəfiyev