Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətindən azad edilmiş ərazilərin bərpası üzrə plan gözləyir, bundan sonra Qarabağda və Şərqi Zəngəzurda layihələrin reallaşdırılmasına dair qərar qəbul edəcək. Bu barədə Aİ-nin AzərbaycandakınümayəndəliyininrəhbəriPeter Mixalko
“Biz Azərbaycan hökumətindən azad edilmiş ərazilərin bərpası üzrə planlar, prioritet layihələr və rəylər gözləyirik. Eyni zamanda, Aİ ərazilərin minalardan təmizlənməsi sahəsində hökumətlə fəal əməkdaşlıq edir və bu mənada Azərnaycanın ən fəal tərəfdaşıdır”, - Mixalko bu gün jurnalistlərə bildirib.
O, həmçinin vurğulayıb ki, Qarabağın və Şərqi Zəngəzurun bərpaına həsr olunan sərgidə (oktyabr ayında - İF) iştirak edib və orada təqdim olunan layihəıər Aİ-nin prioritetləri və baxışı ilə üst-üstə düşür. “Xüsusilə, bunlar yaşıl enerji, yaşıl iqtisadiyyat, ağıllı şəhər, ağıllı kənd layihələridir”, - Mixalko qeyd edib. **
B.Rüstəmbəyov