Azərbaycan iki Bolqarıstan vətəndaşını beynəlxalq axtarışa verib. Onların saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib. Bu barədə məlumat təşkilatın saytında yerləşdirilib.
“Gyurdzhan Angelov (Stoyanov) və Tezdzhan Angelov (Stoyanov) mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmədə, külli miqdarda əmlak zəbt etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmədə, mütəşəkkil dəstə və ya cinayətkar təşkilat tərəfindən kompüter materiallarını qanunsuz mənimsəmədə təqsirləndirilir”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev