2020-ci il noyabrın 10-dan Qarabağda və Şərqi Zəngəzurda 6,3 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
“2020-ci il noyabrın 10-dan bu il noyabrın 30-dək ümumilikdə 6 min 358 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu dövr ərzində 10456 ədəd piyada əleyhinə, 4683 ədəd tank əleyhinə mina və 12659 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə