Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 2-də Stokholmda görüşməyi planlaşdırırlar. Bunu Avropa İttifaqının xarici siyasət xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Luk Devin deyib.
“Nazirlər sabah ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşəcəklər”, - deyə o, Avropa parlamentində Qarabağ müharibəsinin müzakirəsi zamanı bildirib.*