Azərbaycanda koronavirus infeksiyasına 1 min 795 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 590 min 113-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 678 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər (ötən gün 23 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 884 nəfərə çatıb.
Virusa yoluxmuş 556 min 716 nəfər (sutka ərzində +1 min 967) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 25 min 513 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 565 (ötən gün 12 min 620 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 551 min 849 test aparılıb.*
A.Salayeva