Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.
“Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olundu”, - Azərbaycan prezidentinin saytında məlumat verilir.
Əliyev və Özvar söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. **
E.Şəfiyev