Azərbaycanın Minskdəki səfiri Ülvi Baxşəliyev BelarusRespublikasıTəhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ilə görüşüb.
“Baxşəliyev və Volfoviç müxtəlif sahələrdə dövlətlərarası əlaqələr, iki ölkənin təhlükəsizliyinin təminatında ikitərəfəli əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - BELTA Agentliyi məlumat verir.
Tərəflər strateji tərəfdaşlıq kursuna, əlaqələrin möhkəmlənməsi və müdafiə və hüquq-mühafizə fəaliyyətində birgə layihələrin inkişafına sadiq olduqlarını təsdiq edibıər. **
E.Şəfiyev