Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.
“Döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub”, -Müdafiə Nazirliyindən məlumat verilir.
Qeyd olunur ki, məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər. **
E.Şəfiyev