Azərbaycanın azad edilmiş ərazilərində - Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 13,2 min hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib. Bu barədə Müdafiə Mazirliyindənməlumat verilir.
“Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizdə bu günədək ümumilikdə 13 177 hektar ərazi minalardan təmizlənib, 616 kilometr yol çəkilib, 16,86 min mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, azad edilmiş torpaqlarda əsas problemlərdən biri minalanmış ərazilərdir. **
X.Nəsirzadə