Azərbaycan 2021-ci ilin yanvar-noyabr aylarının yekunları üzrə Türkiyədən silah alışına görə ikinci yerdədir. Bu barədə Türkiyənin “Anadolu” agentliyi xəbər verir.
“Türkiyə Ticarət Nazirliyinin və İxracatçılar Məclisinin məlumatına görə, yanvar-noyabr aylarında ölkədən müdafiə və aviasiya məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,7% artaraq $2 milyard 739,974 milyona çatıb. 2021-ci ilin yanvar-noyabr aylarında əsas alıcı ABŞ olub ($1 milyard 32,615 milyon, artım 50,2%)”, - deyə agentlik qeyd edir.
İkinci yerdə qərarlaşan Azərbaycan yanvar-noyabr aylarında Türkiyədən $192,126 milyon məbləğində hərbi məhsullar alıb ki, bu da bir il əvvəllə müqayisədə 24,8% azdır.
Növbəti pillələrdə Qətər ($180,544 milyon), BƏƏ ($161,373 milyon) və Almaniya ($142,816 milyon) gəlir.*
R.Əhmədov