Azərbaycanda 4,6 milyona yaxın şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Dekabrın 4-nə olan məlumata görə, 5 milyon 095 min 524 nəfər birinci, 4 milyon 588 min 915 nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Buster doza vaksin vurduranların sayı isə 991 min 210 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 10 milyon 675 min 649 təşkil edir.
2021-ci il oktyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 147 min 380 nəfərdir. Beləliklə, dekabrın 4-nə əhalinin 45,2%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.*
A.Salayeva