Dekabrın 11-12-də İstanbul Haliç Konqres Mərkəzində Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (Stratcom Summit`21) keçiriləcək. Bu barədə “Anadolu” agentliyinin məlumatında deyilir.
Tədbirin təşkilatçısı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsidir.
Tədbirdə 30-dan çox ölkənin akademik qurumları, dövlət sektoru, mətbuat, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvəyə videomüraciətlə qatılacaq.
Zirvənin ilk günündə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Qarabağ: Bir Zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək.*