Azərbaycanda koronavirus infeksiyasına 1 min 394 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 596 min 388-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Şənbə günü 1 min 406, cümə günü isə 1 min 703 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər (ötən gün 18 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 7 min 967 nəfərə çatıb.
Virusa yoluxmuş 564 min 577 nəfər (sutka ərzində +1 min 791) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 23 min 844 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 503 (ötən gün 12 min 869 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 602 min 773 test aparılıb.*
A.Salayeva