Azərbaycan 2022-ci ildə ərazilərin işğalı dövründə (Qarabağın və Şərqi Zəngəzurun - İF) bir sıra beynəlxalq konvensiyaların pozulması ilə bağlı Ermənistan barəsində bir neçə iddia irəli sürməyi planlaşdırır. Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov bəyan edib.
“Gələn il Azərbaycan bir sıra Konvensiyaların pozulması ilə əlaqədar Ermənistan barəsində bir neçə iddia irəli sürməyi planlaşdırır”, - Məmmədov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu iddialar ətraf mühitə vurulmuş zərər və resursların qanunsuz istifadəsi ilə əlaqədardır. **
B.Rüstəmbəyov