2021-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi daxilolmalarını 15,7% - 7 milyard 961,8 milyon manatadək artırıb.
Məlumata əsasən, hesabat dövründə vergi daxilolmaları üzrə proqnoz 121% səviyyəsində icra olunub.
Yanvar-noyabr aylarında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 73,7% olub. Vergi daxilolmalarının 26,3%-i neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 5 milyard 870,1 milyon manat (artım 13,5%) təşkil edib, proqnoz 114,8% icra olunub.
Neft-qaz sektoru üzrə daxilolmalar isə 2 milyard 91,7 milyon manat məbləğində olub.
2021-ci ilin yanvar-noyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 433,1 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 8% artıb. İşsizlikdən sığorta üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 118,8 milyon manat təşkil edib,
DVX-dən qeyd olunur ki, 2021-ci il dekabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı 660,838 min nəfər (2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 67,2%), həmçinin ƏDV ödəyicilərinin sayı 34,191 min nəfərdir (artım 17.3%). **
B.Rüstəmbəyov