Prezident İlham Əliyev dekabrın 14-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək. Bu barədə NATO-nun məlumatında deyilir.
“NATO-nun baş katibi Yens Stoltenberq dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edəcək. Cənab Əliyev səfər zamanı Şimali Atlantika Şurasının iclasında da iştirak edəcək”, - deyə məlumatda bildirilir.*