14.12.2021 18:48

Putin və Makron Qarabağı müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığı zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib. O, bölgədə atəşkəs rejiminə riayət edilməsi, qaçqınların geri qaytarılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirlərin həyata keçirilməsi barədə danışıb”, - deyə məlumatda bildirilir.

Avropa İttifaqı strukturlarının rəhbərlərinin İlham Əliyev və Nikol Paşinyanla dekabrın 15-nə planlaşdırılan görüşünün də faydalı olacağına ümid ifadə edilib.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) xətti ilə prosesin intensivləşdirilməsinin məqsədəuyğunluğu qeyd olunub”, - deyə məlumatda vurğulanır.*


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.