Azərbaycan hökuməti 2020-ci ildə terrorçuluq cəhdlərinin aşkarlanması və qarşısının alınması istiqamətində fəal işlər görüb, nəticədə ölkədə terror hadisələri qeydə alınmayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin 2020-ci ildə dünyada terrorçuluqla bağlı hesabatında deyilir.
“Azərbaycan hökuməti 2020-ci ildə quru və dəniz sərhədləri üzərindən, Cənubi Qafqaz daxilində insanların, pul və materialların hərəkəti ilə bağlı terror cəhdlərini əngəlləmək, aşkarlamaq vəqarşısını almaq üçün fəal işlər görüb. 2020-ci ildə Azərbaycanda terror hadisələri qeydə alınmayıb”, - deyə sənəddə qeyd olunur.
Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidməti orqanları terror aktlarının aşkar edilməsi, qarşısının alınması və yayındırılması sahəsində adekvat bacarıq nümayiş etdiriblər.*
E.Şəfiyev