Dekabrın 21-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.
“Səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə həyata keçiriləcək», - “AzərTac” dövlət agentliyi məlumat verir.
Məlumata əsasən, səfər çərçivəsində İran XİN başçısı bir sıra görüşlər keçirəcək, iki ölkə arasındakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə olunacaq. **
N.Abbasova