2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin sayı 31,58 min nəfər və ya 0,3% artaraq 2021-ci il noyabrın 1-nə 10 milyon 150,713 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Yanvar-oktyabr aylarında ölkə üzrə 92,15 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 13,5% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib. Körpələrdən 2,346-sı əkiz, 63-ü üçəm, 4-ü isə dördəm doğulub.
Bu dövrdə 62,151 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,4 təşkil edib. 2020-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 6,3 olub.
Cari ilin yanvar-oktyabr aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 46,1 min nikah (2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 55,8%) və 14,316 min boşanma halı (artım 15,9%) qeydə alınıb. **
X.Nəsirzadə