Rusiya-Fransa yüksək səviyyəli təmaslar məcrasında RF prezidenti Vladimir Putinin Fransa prezidenti Emmanuel Makron ilə teleon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
“Qarabağ həllinə dair fikir mübadiləsi zamanı vəziyyətin stabilləşməsi və dinc həyatın təşkili, regionda təsərrüfat və nəqliyyat əlaqələrinin bərpası üzrə göstərilən səylərlə bağlı məmnunluq ifadə olunub. Qeyd edilib ki, bu məsələlərdə Rusiya və Fransa fəaliyyət göstərir və gələcəkdə də sinxron formada fəaliyyət göstərmək niyyətindədir”, - məlumatda deyilir. **