Suriya ərazisində yerləşdirilən Rusiya qoşunlarının bölmələri bu ölkədə, RF Sİlahlı Qüvvələrinin Qarabağda olduğu kimi, sülhün qorunmasının qarantıdır. Bu barədə RF-nin müdafiə naziri Sergey Şoyqu bəyan edib.
“Bir ildən çoxdur ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda və ətraf rayonlarda dinc həyatın təşkili üçün şərait təmin edir, Azərbaycala Ermənistan arasında münasibətlərin bərpasına imkan yaradırlar. İndiyədək heç bir ciddi insidentə yol verilməyib. Həmçinin, Rusiya qoşunlarının bölmələri Suriyada sülhün qorunmasının qarantı kimi çıxış edir”, - nazir RF Müdafiə Nazirliyi yanında İctimai Şuranın plenar iclasında bildirib. **