Strateji tərəfdaşlıqdan başqa Macarıstan Azərbaycanı dost dövlət kimi qəbul edir. Bu barədə Macarıstanın baş naziri Viktor Orban bəyan edib.
“Strateji tərəfdaşlıqdan başqa Macarıstan Azərbaycanı dost dövlət kimi qəbul edir. Bu müstəvidə mən çox şadam ki, son illər biz iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirməyə nail olmuşuq. İkitərəfli münasibətlərimizin inkişafına göstərdiyiniz şəxsi sədaqətinizə görə sizə minnətdaram. Ümid edirəm ki, gələcəkdə də etibarlı dəstəyinizə arxalana bilərəm”, - Orbanın Azərbaycan prezidenti İlham Əliyevin 60 illik yubileyi münasiətilə təbrik məktubunda deyilir. **