Azərbaycan Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində sərt iqlim şəraitində taktiki-xüsusi təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsulları icra olunub. Hərəkət zamanı şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən pusquya düşən komandolar çevik qərar qəbul edərək pusqunu dəf etmə və ərazidə kəşfiyyat aparma qaydalarını məşq ediblər”, - məlumatda deyilir.
Komandolar təlimdə yüksək peşəkarlıq nümayiş etdirərək bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
“Təlimlər 2021-ci il üçün döyüş hazırlığı planına əsasən keçirilib”, - nazirlikdən vurğulanır. **
E.Şəfiyev