Yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olmuş 1 nəfər erməni əsilli mülki şəxs Ermənistana təhvil verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
“Bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov