2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $2,4 milyard təşkil edib ki, bu da ötən ilin 11 ayının göstəricisindən 44% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında əsas həcm qızıl 184,7 milyon ABŞ dolları (artım 0,5%), pambıq mahlıcı – 187,7 milyon ABŞ dolları (artım 69,6%) pomidor – 140,6 milyon ABŞ dolları (azalma 26,2%), ilkin formalı polipropilen – 104,3 milyon ABŞ dolları (artım 85,3%), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən az) – 88,7 milyon ABŞ dolları (artım 2,3 dəfə), meşə fındığı - 95,1 milyon ABŞ dolları (azalma 5,7%), karbamidin - $93,4 milyon (artım 10,4 dəfə), ilkin formalı polietilenin (xüsusi kütləsi 0,94-dən çox) – 61,2 milyon ABŞ dolları (artım 2,1 dəfə), xurma – 91,5 milyon ABŞ dolları (artım 41%), matenolun (metil spirti) – $76,1 milyon (аrtım 65%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($763,8 milyon – artım 21,6%), Türkiyə ($586,1 milyon – artım 83%), İsveçrə ($204,5 milyon – artım 1,6%), Gürcüstan ($143,4 milyon – artım 22,6%) və Braziliya ($70,9 milyon – artım 14 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 31,8%-i RF-nin, 24,4%-i Türkiyənin payına düşüb.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. Azalma COVİD-19-a görə məhdudiyyətlərin mənfi təsiri ilə şərtlənib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft ixracı $4 milyarda yaxın təşkil edəcək. **
B.Rüstəmbəyov