Azərbaycanda koronavirus infeksiyasına 595 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 616 min 947-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 510 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər (ötən gün 14 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 358 nəfərə çatıb.
Virusa yoluxmuş 599 min 546 nəfər (sutka ərzində +753) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 9 min 43 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 549 (ötən gün 9 min 213 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 865 min 885 test aparılıb.*