Türk Dövlətləri Təşkilatına üzv ölkələr bəyan edirlər ki, Qazaxıstan hökuməti ölkədə asayiş və sabitliyi bərpa etmək gücünə malikdir, təşkilat Qazaxıstana lazım ola biləcək hər cür dəstəyi verməyə hazırdır.
“Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik. Qardaş qazax xalqının sağlam düşüncəsinə və vəziyyətin normallaşmasını arzuladığına güvənirik. Qazaxıstan rəsmilərinin sülh yolu ilə gərginliyi azaltmaq, asayiş və sabitliyi bərpa etmək gücünə malik olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına lazım ola biləcək hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik”, - deyə bəyanatda bildirilir.*
N.Abbasova