Dövlət Gömrük Komitəsi 2021-ci ilin yekunları üzrə dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu 111,29% icra edib. Bu barədə Komitənin sədri Səfər Mehdiyev məlumat verir.
“İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi 2021-ci ildə 4 milyard 340,37 milyon manat vəsaiti dövlət büdcəsinə köçürməklə proqnoza 111,29% əməl edib. Bu da nəzərdə tutulan proqnozdan 440,37 manat artıq deməkdir”, - Mehdiyev Twitter hesabında yazıb.
2021-ci il üçün DGK-nın dövlət büdcəsinə köçürmələr üzrə planı 3,9 milyard manat təşkil edib. **
B.Rüstəmbəyov