2021-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı rekord $2,7 milyard təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, təşkil edib. Beləliklə, qeyri-neft ixracının xüsusi çəkisi 12,2%-ə bərabərdir.
Mərkəzin məlumatına görə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, şəkər ixracı isə 19,3%, pambıq lifi ixracı 58,3%, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2% artıb.
“İnterfaks-Azərbaycan”a Mərkəzdən məlumat verilib ki, dekabr ayında ixrac 2,4 mlrd ABŞ dolları təşkil edib. Həmçinin, 1eyri-neft sektoru üzrə ixrac 73,9% - 353,6 mln ABŞ dollara qədər artıb.
Dekabr ayında ərzində qeyri-neft ixracının strukturunda 101,5 milyon ABŞ dolları yeyinti məhsulları, 252,1 milyon ABŞ dolları qeyri-yeyinti məhsullarının payına düşüb.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. Azalma COVİD-19-a görə məhdudiyyətlərin mənfi təsiri ilə şərtlənib.
2021-ci ilin yekunları üzrə İqtisadiyyat Nazirliyi qeyri-neft ixracının $2,2 milyarddan çox olacağını gözləyirdi.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft ixracı $4 milyarda yaxın təşkil edəcək. **
B.Rüstəmbəyov