08.01.2022 14:52

Qazaxıstanın Bakıdakı səfirliyi Vətənə qayıtmaq istəyən həmvətənlərlə məsləhətləşmələrə hazırdır

Qazaxıstanın Azərbaycandakı səfirliyində həmvətənlərin Vətənə qayıtması və ölkədə vəziyyətlə əlaqədar məsləhətləşmələr aparmağa hazırlıq ifadə olunub, bu istirahət günləri qəbul günləri təyin edilib.

“Hörmətli qazaxıstanlılar, Səfirliyin rəhbərliyi məlumat verir ki, bu gün, 8 yanvar saat 15:00-dan 19:00-dək, o cümlədən, sabah, 9 yanvar saat 10:00 18:00-dək zəruri məsləhətlərin verilməsi və cari vəziyyətlə əlaqədar konsul-hüquqi məsələlərin müzakirəsi və sizin Qazaxıstana geri qayıtmağınızla bağlı Qazaxıstan Respublikasının bütün maraqlanan vətəndaşlarını qəbul etməyə hazırdır. Səfirliyin ünvanı: Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 14”, - Qazaxıstanın diplomatk missiyasının Facebook səfihəsində deyilir. **


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.