Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 12-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 12-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9333 manat/1EUR səviyyəsində (yanvarın 11-nə 1,9211 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 12-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0229 manat/1RUB səviyyəsində (yanvarın 11-nə 0,0227 manat/1RUB) müəyyən edib.*
X.Nəsirzadə