Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanı sərhəddə gərginliyi azaltmağa çağırır və sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı əlavə dəstək göstərməyə hazır olduğunu təsdiq edir. Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında yazıb.
“Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirirəm. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış hər iki ölkənin Müdafiə nazirlikləri arasında qaynar xətdən tam istifadə edilməsi vacibdir”, - deyə o qeyd edib.
T.Klaar vurğulayıb ki, Aİ tərəflərlə əməkdaşlığa hazırdır. Xüsusi nümayəndə Aİ-nin Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı əlavə dəstək verməyə hazır olduğunu bir daha bəyan edib.*
E.Şəfiyev