Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında 700 kilometrə yaxın hərbi yol çəkilib. Bunu Prezident İlham Əliyev deyib.
“Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə biz 700 kilometrə yaxın yol çəkmişik. Yəni, bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur”, - deyə dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistan tərəfi bu istiqamətdə hərbçiləri və mülki şəxsləri müntəzəm olaraq atəşə tuturdu. “O tərəfdən bizim işçilərə müntəzəm olaraq atəş açılır. Biz isə texnikanı gətirməliydik, mütəxəssisləri gətirməliydik. Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə çox çətin bir şəraitdə bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik”, - deyə İ.Əliyev əlavə edib.*
E.Şəfiyev