2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya 8,1 milyard kubmetr Azərbaycan qazı ixtrac edilib. Bu barədə “TAP AG” konsorsiumu məlumat verir.
“2020-ci ilin dekabrın sonundan ötən ilin 31 dekabr tarixindək TAP ilə Azərbaycandan Avropaya 8,1 milyard kubmetrə yaxın qaz nəql edilib. Bu həcmdən 6,8 milyard kubmetrdən çoxu İtaliya, 1,2 milyard kubmetri – Yunanıstan və Bolqarıstana nəql olunub”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə şirkətdən bildirilir.
Dünən Azərbaycan prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bəyan edib ki, 2022-ci ildə 19 milyard kubmetr həcmində Azərbaycan qazının ixracı planlaşdırılır. Bunun 8 milyard kubmetrdən çoxu Türkiyə, 7 milyard kubmetrdən çoxu – İtaliya, qalan həcmi isə Gürcüstan, Yunanıstan və Bolqarıstana göndəriləcək.
Ümumilikdə, 2022-ci ildə Azərbaycan Avropaya 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.**
N.Abbasova