Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa anasının vəfatı ilə əlaqədar başsağlığı verib.
“Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”, - deyə başsağlığında bildirilir.*
X.Nəsirzadə