Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “GESCO” ASC ilə 2022-ci il üzrə illik mühafizə xidmətinin satın alınması haqqında müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, cəmiyyətlə 438 min 266,16 manat məbləğində müqavilə bağlanıb.
Bundan başqa, Azərbaycan Memarlıq və İnşaat Universiteti də “GESCO” ASC ilə mühafizə xidmətinin satın alınması haqqında 120 min manat dəyərində müqavilə bağlayıb.*
E.Şəfiyev