Azərbaycanda koronavirus infeksiyasına 653 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 624,208 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 674 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər (ötən gün 10 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8497 nəfərə çatıb.
Virusa yoluxmuş 607,885 min nəfər (sutka ərzində +488) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7 min 826 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8275 (ötən gün 10386 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 987,010 min test aparılıb.*