14.01.2022 19:49

Paşinyan Naxçıvana dəmir yolu xəttinin tikintisi üzrə işlərin reallaşdırılması üçün işçi qrup yaradıb

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Azərbaycandan Naxçıvana dəmir yolu xəttinin tikintisi üzrə işlərin həyata keçirilməsi üçün işçi qrup yaradılıb.

Ermənistan hökumətinin saytında dərc olunmuş qərarda deyilir ki, Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası proqramı üzrə işlərin effektiv şəkildə həyata keçirilməsi məqsədilə işçi qrup yaradılır. İşçi qrupun rəhbəri hər rüb görülən işlər barədə baş nazirə məlumat verməlidir.

İşçi qrupun rəhbəri Ermənistanın İrandakı sabiq səfiri, baş nazirin müşaviri Artaşes Tumanyan təyin olunub.*


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.