17.01.2022 09:25

Manat avroya nisbətən bahalaşıb, dollar və rubla nisbətən sabitdir

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.

Yanvarın 17-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9413 manat/1EUR səviyyəsində (yanvarın 14-nə 1,9506 manat/1EUR) müəyyən edilib.

AMB yanvarın 17-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0223 manat/1RUB səviyyəsində saxlayıb. **

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.