Azərbaycanda koronavirus infeksiyasına 359 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 626 min 85-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 808 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər (ötən gün 11 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 529 nəfərə çatıb.
Virusa yoluxmuş 608 min 777 nəfər (sutka ərzində +263) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 8 min 779 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 261 (ötən gün 9 340 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 10 min 761 test aparılıb.**
N.Abbasova