2022-ci ilin əvvəlinə Azərbaycanda daimi yaşayan əcnəbilərin sayı 129 min 590 nəfər təşkil edir. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib.
“Ötən il 2020-ci illə müqayisədə olduğu yer üzrə qeydiyyatda 14,6%, ölkədə müvəqqəti yaşamalarda 19,8%, daimi yaşayanlarda 43,6%, iş icazəsi alanlarda 43,2% artım qeydə alınıb. Hazırda Azərbaycanda yaşayan əcnəbilərin sayı 129 min 590 nəfər təşkil edir”, - deyə o bildirib.
V.Hüseynovun sözlərinə görə, 2021-ci ildə 596 şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib. Onlardan 62 şəxs Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların ailə üzvləridir.*
E.Şəfiyev