18.01.2022 17:03

2021-ci ildə Azərbaycan əhalisinin nominal pul gəlirləri 2,6% artıb

2021-ci ildə Azərbaycan əhalisinin nominal pul gəlirləri 57 milyard 181,5 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.

Statistik məlumatlara görə, 2021-ci ildə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 2,2% - 5 min 708 manata qədər artıb.

Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 51 milyard 248,1 milyon manat qalır ki, bu da 2020-ci ilin göstəricisindən 1,5% çoxdur.

2020-ci ildə əhalinin nominal pul gəlirləri 1,8% azalıb.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.