Azərbaycan 2021-ci ilin yanvar-noyabr aylarında 25 milyon 716,1 min ton neft ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 1,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $12 milyard 676 milyon 363,2 min (artım 1,6 dəfə) təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan 16 milyard 953,7 milyon kubmetr (artım 37,3%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $4 milyard 625 milyon 192,2 min (artım 1,8 dəfə) təşkil edib.
В 2020 году Азербайджан экспортировал 28 млн 374,2 тыс. тонн нефти на $8 млрд 520 млн 478,8 тыс., газа - 13 млрд 839,9 млн кубометров на $2 млрд 763 млн 457,9 тыс.
2020-ci ildə Azərbaycan $8 milyard 520 milyon 478,8 min dəyərində 28 milyon 374,2 min ton neft, $2 milyard 763 milyon 457,9 min dəyərində 13 milyard 839,9 milyon kubmetr qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Türkiyə və Gürcüstana, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan istehlakçıları üçün Avropaya ixrac edilir.**
B.Rüstəmbəyov